“Xəzər Lənkəran” bir itki ilə başladı
19.08.2015 - 11:41
“Xəzər Lənkəran” bir itki ilə başladı

Topaz Premyer Liqasının ilk iki turunda 4 xal qazanan “Xəzər Lənkəran” hazırda Lənkərandadı. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ay-yaşıllar” III tur matçına hazırlığa start verib.

 

“Sumqayıt”la (1:1) qarşılaşmadan sonra yetirmələrinə bir günlük istirahət verən baş məşqçi Yunis Hüseynov komandanı yenidən bir araya gətirib. “Xəzər Lənkəran” “Rəvan”la qarşıdakı görüş üçün məşqlərini doğma məkanda keçir. Heyətdə Sadio Tounkara istisna olmaqla, zədəli futbolçu yoxdu.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Rəvan” oyunu avqustun 22-də keçiriləcək və saat 21:00-da start götürəcək.