“Xəzər Lənkəran” hazırlığını başa vurdu
28.03.2014 - 16:48
Sabah Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını başa vurub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, artıq 3 gündür ki, paytaxtda məskunlaşan “ağ-yaşıllar” İdman Akademiyasının stadionunda keçirdiyi məşqləri bu gün yekunlaşdıraraq oyun saatını gözləyir.
Rasim Ramaldabov, Tural Cəlilov və Tyeqo de Xesus zədəsi olsa da, hər üç futbolçunun komanda ilə birgədir.
Qeyd edək ki, “Neftçi” - “Xəzər Lənkəran” matçı sabah “Bakcell Arena” da keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
0
0