“Xəzər Lənkəran” hazırlıqlara başladı
14.02.2015 - 20:14
“Xəzər Lənkəran” hazırlıqlara başladı

Topaz Premyer Liqasının XXII turunda istirahət  edəcək “Xəzər Lənkəran” XXIII turun hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, komanda bu gün səhər saat 09:00-da Bakıda bir araya gələrək Lənkərana yollanıb.

 

Doğma şəhərə saat 13:00-da yetişən “ağ-yaşıllar” özünün baza-otelində məskunlaşıb. Saat 16:00-da isə Cənub klubu Manuel Skarlatake istisna olmaqla, tam heyətlə stadionun ehtiyat meydançasında məşqə çıxıb. Hazırda əvəzedicilərlə məşq edən rumın futbolçu yaxınlarda əsas heyətə qoşulacaq.

 

Qeyd edək ki, qarşıdakı günlərdə doğma şəhərdə hazırlıqlarını davam etdirəcək və fevralın 18-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” Premyer Liqanın XXIII turu çərçivəsində fevralın 19-da “Qəbələ” klubunun qonağı olacaq.