“Xəzər Lənkəran” Hollandiyaya gedə bilər
19.06.2014 - 17:00
“Xəzər Lənkəran” Hollandiyaya gedə bilər

“İyunun 22-də Türkiyəyə gedəcəyik. Hazırlığın ilkin mərhələsini Ərzurumda keçirəcəyik. Ondan sonra isə Avropaya üz tutacağıq. İyulun 6-da hazırlığın ikinci mərhələsi başalayacaq və 3 həftə davam edəcək”. Bunu apasport.az saytına müsahibəsində “Xəzər Lənkəran”ın türkiyəli baş məşqçisi Oğuz Çətin deyib.

O, təlim-məşq toplanışının ikinci mərhələsi üçün hansı ölkəyə gedəcəklərinin hələ dəqiqləşmədiyini bildirib. Çətinin sözlərinə görə, komanda Hollandiyada da hazırlıq keçə bilər: “Bu yaxın günlərdə dəqiqləşəcək. 3 ölkə siyahımızda var. Bunlar Avstriya, Sloveniya və Hollandiyadır. Birini seçib ora gedəcəyik”.