“Xəzər Lənkəran” milli futbolçularsız davam edir
15.11.2015 - 01:27
“Xəzər Lənkəran” milli futbolçularsız davam edir

Premyer Liqanın XIII turu çərçivəsində, noyabrın 22-də “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə istirahətini yekunlaşdıran komanda doğma şəhərdə toplanaraq məşqlərə başlayıb.

 

Hazırlıq prosesi hər gün saat 16:30-dan etibarən stadionun ehtiyat meydançasında, milli futbolçular istisna bütün komanda üzvlərinin iştirakı ilə keçirilir.

 

Noyabrın 15-də və 16-da baş tutacaq iki məşq də eyni saatda və eyni məkanda olacaq. 

 

Qeyd edək ki, 19-yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsindən qayıdan Elnur Cəfərov bu dəfə də 21-yaşlılardan ibarət millinin heyətinə çağırılıb. (12cioyuncu.info)