“Xəzər Lənkəran” rəhbərliyi rəqibinə ziyafət verəcək
18.03.2014 - 22:34
“Xəzər Lənkəran” rəhbərliyi rəqibinə ziyafət verəcək

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Araz Naxçıvan” klubunu qəbul edəcək “Xəzər Lənkəran” klubunun rəhbərliyi rəqibi təbrik edib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun apasport.az saytına verdiyi məlumata görə, rəhbərlik İlaxır çərşənbəsi münasibətilə “Araz Naxçıvan”ın ziyarətinə gedib.

 

“Xəzər Lənkəran” rəsmiləri və bir neçə azarkeş bayram münasibətilə “Araz Naxçıvan”ın məskunlaşdığı “Qala” otelində olublar. Rəqiblərini ziyarət edən cənublular onlara müxtəlif bayram sovqatlarının toplandığı xonça təqdim edərək, İlaxır çərşənbə münasibətilə təbrik ediblər.

 

Qeyd edək ki, sabah oyundan sonra “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov “Palmalife” otelində “Araz Naxçıvan” klubunun üzvlərinə axşam ziyafəti verəcək.