“Xəzər Lənkəran” toplanır
14.02.2015 - 01:53
İki günlük fasilədən sonra “Xəzər Lənkəran” bu gün Lənkərandakı bazasında toplanacaq. Apasport.az saytının məlumatına görə, XXII turda istirahət edəcək komanda fevral ayının 18-nə qədər doğma şəhərdə məşqlərini davam etdirib Qəbələyə yola düşəcək.
XXIII tur çərçivəsində “Qəbələ”nin qonağı olacaq “ağ-yaşıllar” oyunöncəsi son məşqini matçın keçiriləcəyi arenada tamamlayib oyun saatını gözləyəcək.
0
0