[b]“Xəzər Lənkəran” xeyriyyə yarmarkasına qatılacaq[/b]
14.11.2015 - 01:10
[b]“Xəzər Lənkəran” xeyriyyə yarmarkasına qatılacaq[/b]

Dekabr ayının 1-dən 31-nə qədər Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkası keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu il "Xəzər Lənkəran" Futbol Klubu da yarmarkada iştirak edəcək.

 

Bir ay ərzində, "Xəzər Lənkəran"a məxsus satış nöqtəsində komandanın azarkeşləri klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə bilərlər.

 

Həmçinin, fanatlar qeyd olunan dövr ərzində yarmarkanı ziyarət edəcək komanda üzvləri ilə görüşmək imkanı da əldə edəcəklər.