“Xəzər Lənkəran” yeni qapıçısı ilə müqavilə imzalayacaq
05.08.2014 - 16:03
“Xəzər Lənkəran” yeni qapıçısı ilə müqavilə imzalayacaq

Rumıniyalı qapıçı Kristan Balqradyen bu həftə “Xəzər Lənkəran”la müqavilə imzalayacaq. Apasport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

 

Mənbədə deyilir ki, bir həftə öncə Buxarest “Dinamo”su ilə müqaviləsini qarşılıqlı şəkildə pozan qolkiperi Türkiyənin “Konyaspor” klubu da istəyirdi. Lakin o, Azərbaycan klubuna üstünlük verib. Balqradyenin bu həftə Bakıya gələcəyi və yeni klubu ilə müqaviləyə imza atacağı gözlənilir.