“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin yeni transfer Əfran İsmayılovu əvəzedici komandaya göndərib. Apasport.az xəbər verir ki, yarımmüdafiəçi dünən əvəzedicilər arasında Azərbaycan çempionatının ilk turunda AZAL-a 0:1 hesabı ilə uduzduqları matçda oynayıb.
O, meydana start heyətində çıxsa da, fasilədə əvəzlənib.
Qeyd edək ki, İsmayılovun əvəzedici komandaya göndərilməsinə səbəb onun “Xəzər Lənkəran”ın təlim-məşq toplanışlarında iştirak etməməyidi. Viza problemi səbəbindən komandaya gec qoşulan yarımmüdafiəçi cənub klubunun yalnız Bakıda keçirdiyi hazırlıqlarda iştirak etmişdi.