“Xəzər Lənkəran” yoxlama matçı üçün rəqib tapdı
01.09.2015 - 08:10
“Xəzər Lənkəran” yoxlama matçı üçün rəqib tapdı

Milli komandaların qarşıdakı seçmə mərhələdə keçirəcəyi oyunlarla bağlı Topaz Premyer Liqasında verilən fasilə müddətində “Xəzər Lənkəran” hazırlığını Lənkəranda davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar” son dörd günü gün ərzində iki məşq olmaqla hazırlığını Lənkərandakı bazasında keçirir.

 

Məşqlərdə milli komandaların düşərgəsinə çağırılan Rahid Əmirquliyev, Ruslan Abışov, Vüqar Nadirov, Elnur Cəfərov və U-21 millimizə dəvət alan İlyas Səfərzadə ilə Orxan Əliyev iştirak etmir.

 

Bu gün bir məşqlə hazırlığı tamamlayan komandamız sentyabr ayının 2-də əvəzedici heyətlə yoxlama xarakterli oyun keçirərək fasilə müddətindəki hazırlığın ilk mərhələsini yekunlaşdıracaq.