“Xəzər Lənkəran”a lazım olmadı, “Sumqayıt”a qayıtdı
01.07.2014 - 16:10
“Xəzər Lənkəran”a lazım olmadı, “Sumqayıt”a qayıtdı

Ötən mövsüm qış “transfer pəncərəsi” zamanı “Xəzər Lənkəran”a keçən Orxan Əliyev “Sumqayıt”a dönüb. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar”ın heyətinə düşməkdə çətinlik çəkən 19 yaşlı yarımmüdafiəçi növbəti mövsümü bu komandada keçirəcək.

 

Əliyev “Sumqayıt”da icarə əsasında çıxış edəcək. Onunla 1 illik müqavilə imzalanıb.