“Xəzər Lənkəran”da ilk
07.04.2014 - 12:18
“Xəzər Lənkəran”da ilk

“Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev eyni komandanın heyətində 200 və daha çox oyun keçirənlərin siyahısına daxil olub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə ev matçında yubiley oyununu keçirən yarımmüdafiəçi buna nail olan 13-cü futbolçudur.

 

Cənub təmsilçisinə qədər yalnız Qusar “Şahdağ”ında çıxış etmiş Rahid 2006/07 mövsümündə debüt etdiyi “Xəzər Lənkəran”da 200-ə çatan ilk futbolçudur. “Qarabağ”la “Turan”da hamıdan çox – 4, “Viləş”də 2, AZAL-la “İnter”də 1 belə oyunçusu olub. Eyni klubda keçirilən çempionat matçlarının sayında mütləq rekord “Qarabağ”ın 268 oyununda forma geyən Aslan Kərimova məxsusdur.

 

1

Aslan Kərimov

Qarabağ (Ağdam)

268

2

Sakit Alıyev

Turan (Tovuz)

248

3

Müşfiq Hüseynov

Qarabağ (Ağdam)

244

4

Nizami Sadıqov

Turan (Tovuz)

237

5

Səttar Əliyev

Qarabağ (Ağdam)

230

6

Yaşar Hüseynov

Qarabağ (Ağdam)

226

7

Müşfiq Vəliyev

Viləş (Masallı)

221

8

Alay Bəhramov

Viləş (Masallı)

220

9-10

Usim Nduka

AZAL (Bakı)

208

 

Eltay Aslanov

Turan (Tovuz)

208

11

Vladimir Levin 

İnter (Bakı)

205

12

Nadir Nəbiyev

Turan (Tovuz)

204

13

Rahid Əmirquliyev

Xəzər Lənkəran

200