Topaz Premyer Liqasında mövsümün ikinci yarısına “Simurq”la qarşılaşma ilə start verəcək “Xəzər Lənkəran” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, 2004-cü ildə yaranan klub bu qarşılaşma ilə özünün 12-ci ilinə başlayacaq.
Debüt ilinə avqustda start götürən komanda 11-ci dəfə qışda ilin ilk görüşünə çıxacaq. Ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə belə oyun səfərdə baş tutacaq. Düzdü, bunlardan biri – 2005-ci ilin ilk rəsmi matçı baş tutmayıb və texniki qələbə ilə tarixə düşüb. Əvvəlki 11 ildən 5-nə qələbə, 4-nə heç-heçəylə başlayan “ağ-yaşıllar” yalnız iki dəfə ilk görüşdə uduzub.
|
07.08.2004 |
Çempionat |
Turan (Tovuz) - Xəzər Lənkəran |
1:1 |
|
18.02.2005 |
Çempionat |
Şəfa (Bakı) - Xəzər Lənkəran |
-:+ |
|
12.02.2006 |
Çempionat |
Xəzər Lənkəran - Olimpik (Bakı) |
1:0 |
|
16.02.2007 |
Çempionat |
Neftçi (Bakı) - Xəzər Lənkəran |
1:0 |
|
19.01.2008 |
Birlik kuboku |
Xəzər Lənkəran - Kaunas (Litva) |
3:0 |
|
15.02.2009 |
Çempionat |
Xəzər Lənkəran - Karvan (Yevlax) |
0:0 |
|
03.02.2010 |
Çempionat |
Xəzər Lənkəran - Standard (Sumqayıt) |
0:0 |
|
13.02.2011 |
Çempionat |
Neftçi (Bakı) - Xəzər Lənkəran |
0:0 |
|
16.02.2012 |
Çempionat |
Xəzər Lənkəran - AZAL (Bakı) |
1:0 |
|
11.02.2013 |
Çempionat |
Xəzər Lənkəran - İnter (Bakı) |
2:3 |
|
01.02.2014 |
Çempionat |
Qarabağ (Ağdam) - Xəzər Lənkəran |
0:1 |
Mənbə: lankaranfc.com