21 yaşadək futbolçulardan ibarət yığmamızın müdafiəçisi Slavik Alxasov rəsmən “Neftçi”yə qayıdıb. Apasport.az Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq bu futbolçunun keçidi ilə bağlı “Neftçi” ilə “Xəzər Lənkəran” arasında razılıq əldə olunub.
Belə ki, “Xəzər Lənkəran” klubundan daxil olan məktuba əsasən futbolçunun transfer hüquqları tam şəkildə “Neftçi”yə məxsusdur.
Qeyd edək ki, Slavik Alxasov “Neftçi”nin yetirməsidir. “Sumqayıt”da icarə əsasında çıxış etdiyi vaxt özünü yaxşı tərəfdən göstərən 21 yaşlı cinah müdafiəçisi qışda “Xəzər Lənkəran”a pulsuz transfer olunmuşdu.