“Xəzər Lənkəran”dan iki illik anlaşma
12.07.2014 - 16:44
“Xəzər Lənkəran”dan iki illik anlaşma

Azərbaycan millisinin futbolçusu Əfran İsmayılovun yeni klubu ilə anlaşmasının müddəti məlum olub. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi karyerasını davam etdirəcəyi “Xəzər Lənkəran”la 2 illik müqaviləyə razılaşıb.

 

Son 1 ildə “Bakı”da çıxış edən Əfran Premyer Liqada 144 oyun keçirib. Bu matçlarda 31 dəfə fərqlənən futbolçu 8 qolunu son mövsümdə şərəfini qoruduğu “Bakı”da imza atıb. Bu toplardan 5-ni penaltidən vuran İsmayılov 17 görüşün iştirakçısı olub.