“Xəzər Lənkəran”dan növbəti transfer!
20.06.2014 - 11:28
“Xəzər Lənkəran”dan növbəti transfer!

“Xəzər Lənkəran” daha bir futbolçunun transferini reallaşdırmağa yaxındı. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” Rəşad Sadiqovun ardından Aleksandr Şemonayevi də heyətinə qatmaq üzrədi.

 

Belə ki, cənub təmsilçisinin baş məşqçisi Oğuz Çətin AZAL-la müqaviləsi başa çatan müdafiəçini sərəncamında görməkdə israrlıdı. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Şemonayev karyerasının çox hissəsini “Simurq”da keçirib. Zaqatala futbol məktəbinin yetirməsi olan müdafiəçi yalnız ötən mövsümü AZAL-da keçirib.