“Xəzər Lənkəran”dan San-Paulu çempionatına
16.02.2015 - 15:10
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Vanderson Skarduelli özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.
2012-14-cü illərdə ölkəmizdə çıxış edən Vanderson “Paulista” klubu ilə anlaşıb. Bu komanda San-Paulu ştatının çempionatında (Paulista) 2-ci liqada mübarizə aparır.
“Ağ-yaşıllar”ın heyətində 76 rəsmi matça çıxan cənubi amerikalı qış fasiləsində komandasından ayrılıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
0
0