Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, saat 16:00-da baş tutacaq ilk oyununda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə görüşəcək.
Tarixində 8-ci dəfə yarımfinala yüksələn “ağ-yaşıllar” bu mərhələdə 15-ci oyununu keçirəcək. 10 illik tarixində yalnız iki dəfə (2008/09 və 2011/12) yarımfinala çıxa bilməyən komanda finalın 1 addımlığında da eyni sayda dayanıb. 2004/05 və 2005/06 mövsümlərində yarımfinalda yarışla vidalaşan “Xəzər Lənkəran” sonrakı 8 ildə bu mərhələdə yoluna davam edib. Belə ki, son 5 yarımfinalda komanda mərhələni uğurla adlayıb.
Ardıcıl 2-ci dəfə finala çıxmaq üçün mübarizə aparan “Xəzər Lənkəran” əvvəllər də “Qəbələ”ni kubokda sınağa çəkib. 6 il əvvəl də yolları yarımfinalda kəsişən komandaların duelində “ağ-yaşıllar” səfər qələbəsi ilə finala yüksəlmişdi.
Ümumilikdə isə Lənkəran təmsilçisi yarımfinalda keçirdiyi 14 oyunun yarısında – 7 dəfə qalib gəlib. 3 heç-heçəsi olan komanda 4 dəfə uduzub. Yarımfinalda 16 qol vuran “Xəzər Lənkəran” 13 top buraxıb.
|
2004/05 |
16.04.2005 |
İnter (Bakı) - Xəzər Lənkəran |
2:1 |
1/2, ilk oyun |
|
2004/05 |
29.04.2005 |
Xəzər Lənkəran - İnter (Bakı) |
1:1 |
1/2, cavab oyunu |
|
2005/06 |
03.05.2006 |
Xəzər Lənkəran - Karvan (Yevlax) |
1:0 |
1/2, ilk oyun |
|
2005/06 |
07.05.2006 |
Karvan (Yevlax) - Xəzər Lənkəran |
3:0 |
1/2, cavab oyunu |
|
2006/07 |
12.04.2007 |
İnter (Bakı) - Xəzər Lənkəran |
0:1 |
1/2, ilk oyun |
|
2006/07 |
22.04.2007 |
Xəzər Lənkəran - İnter (Bakı) |
1:0 |
1/2, cavab oyunu |
|
2007/08 |
09.04.2008 |
Qəbələ (Qəbələ) - Xəzər Lənkəran |
1:3 |
1/2, ilk oyun |
|
2007/08 |
23.04.2008 |
Xəzər Lənkəran - Qəbələ (Qəbələ) |
1:1 |
1/2, cavab oyunu |
|
2009/10 |
27.04.2010 |
Olimpik-Şüvəlan (Bakı) – Xəzər Lənkəran |
1:1 |
1/2, ilk oyun |
|
2009/10 |
05.05.2010 |
Xəzər Lənkəran - Olimpik-Şüvəlan (Bakı) |
2:1 |
1/2, cavab oyunu |
|
2010/11 |
27.04.2011 |
Xəzər Lənkəran - Bakı (Bakı) |
1:0 |
1/2, ilk oyun |
|
2010/11 |
04.05.2011 |
Bakı (Bakı) - Xəzər Lənkəran |
2:1 |
1/2, cavab oyunu |
|
2012/13 |
17.04.2013 |
Bakı (Bakı) - Xəzər Lənkəran |
1:0 |
1/2, ilk oyun |
|
2012/13 |
24.04.2013 |
Xəzər Lənkəran - Bakı (Bakı) |
2:0 |
1/2, cavab oyunu |
Mənbə: lankaranfc.com