“Xəzər Lənkəran”ın 2 futbolçusu fərdi məşqlə kifayətləndi
29.01.2015 - 16:30
“Xəzər Lənkəran”ın 2 futbolçusu fərdi məşqlə kifayətləndi

Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Simurq”un qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün “Bayıl Arena”da növbəti məşqlərini keçiblər.

 

Hazırlıqda yalnız Orxan Sadıqlı iştirak etməyib. Lənkəran klubunun digər zədəliləri – Rasim Ramaldanov və İlqar Ələkbərov isə fərdi qaydada məşq ediblər. Baş məşqçi Elbrus Məmmədov daha çox topla çalışmalara yer ayırıb. Komandasından sürətli oynamağı tələb edən Məmmədov gənc oyunçulara boş zonaya tez-tez açılmalarını tapşırıb.

 

Stadionun kənarında fərdi qaçışla kifayətlənən Rasim Ramaldanovun tezliklə kollektivlə məşqlərə qoşulacağı gözlənilir. Orxan Sadıqlı isə zədəsini 1 həftəyə tam sağaltmalıdı.

 

Qeyd edək ki, “Simurq” – “Xəzər Lənkəran” matçı fevralın 1-i, saat 17:00-da keçiriləcək.