“Xəzər Lənkəran”ın düşərgəsində yeni sima
02.07.2014 - 12:03
“Xəzər Lənkəran”ın baxışa dəvət etdiyi braziliyalı yarımmüdafiəçi Fernando Qabriel Türkiyəyə gəlib. Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu “ağ-yaşıllar”ın Ərzurum şəhərindəki təlim-məşq toplanışına qoşulub.
Onun cənub klubunda qalıb-qalmayacağı baş məşqçisi Oğuz Çətinin verəcəyi yekun qərardan sonra bəlli olacaq.
0
0