“Xəzər Lənkəran”ın hədəfindəki afrikalı: Yaxın günlərdə hər şeyi biləcəksiniz
04.07.2014 - 23:02
“Xəzər Lənkəran”ın hədəfindəki afrikalı: Yaxın günlərdə hər şeyi biləcəksiniz

“Düzdü, “Xəzər Lənkəran”la danışıqlar aparırıq. Hazırda menecerim bu işlərlə məşğuldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin I dəstə təmsilçisi “Şanlıurfaspor” klubunun syerre-leoneli yarımmüdafiəçisi Alfred Sanko deyib.

 

 “Xəzər Lənkəran”a keçmək ehtimalının olduğunu bildirən afrikalı futbolçu başqa təkliflərinin də olduğunu bildirib: “Ola bilsin, növbəti mövsüm məni ölkənizdə görərsiniz. Hazırda isə konkret nəsə deyə bilməyəcəm. Yaxın günlərdə hər şeyi biləcəksiniz. “Xəzər Lənkəran”da Mbilla Etameni tanıyıram. O, Türkiyədə oynayıb. Əgər razılığa gəlsək, Etame ilə komanda haqqında söhbət edəcəm”.