“Xəzər Lənkəran”ın maraqlandığı futbolçu “Tuluza”ya keçə bilər
13.08.2014 - 14:46
“Xəzər Lənkəran”ın maraqlandığı futbolçu “Tuluza”ya keçə bilər

“Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi rumıniyalı qapıçı Kristian Balqradyen Fransanın “Tuluza” klubuna keçə bilər. Apasport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

 

Yazılanlara inansaq, Buxarest “Dinamo”sundan ayrılan çərçivə qoruyucusuna bir çox təkliflər var. Bunların içərisində ən cəlbedicisi isə “Tuluza”dan gəlib. Hazırda tərəflər arasında danışıqlar gedir. Fransa klubunda daha iki rumıniyalı futbolçunun - Mihay Roman və Draqos Qriqeronun olması Balqradyenin ora keçidini asanlaşdırır. Hazırda tərəflər arasında danışqılar gedir.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” rumıniyalı qolkiperi heyətinə qatmaq istəsə də, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdilər.