Topaz Premyer Liqasının növbəti turunda səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” oyunöncəsi son məşqini doğma şəhərdə keçirəcək. Apasport.az saytının məlumatına görə, komanda fevralın 18-də Qəbələyə yollanmazdan öncə “Fırtınalar meydanı”nın ehtiyat meydançasında saat 10:30-da son məşqə çıxacaq.
Əsasən taktiki çalışmalardan ibarət olacaq və bir saat davam edəcək hazırlıq prossesindən sonra futbolçulara az müddətli istirahət veriləcək.
Günorta yeməyinin ardından isə saat 14:00-da Lənkəranı tərk edərək Qəbələyə yollanacaq “ağ-yaşıllar” axşam saatlarında mənzil başına çatdıqdan sonra “Qafqaz Karvansaray”da məskunlaşacaq.
Əlavə edək ki, komanda Qəbələ şəhər stadionunda fevralın 19-da saat 17:00-da start götürəcək oyuna qədər adı çəkilən oteldə dincələcək.
12cioyuncu.info