“Xəzər Lənkəran” “Böyük oyun” öncəsi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, cənublular həftəsonu Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində qonağı olacağı “Neftçi” ilə prinsipial matç ərəfəsində fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin xidmətindən məhrum olub.
İtaliyalı mütəxəssis hazırda İstanbuldadır. Uzun müddətdir ayağındakı zədədən əziyyət çəkən 51 yaşlı mütəxəssis əməliyyat olunub və bu səbəbdən “Böyük oyun”da iştirak etməyəcək.
Qeyd edək ki, Melkiorre bir müddət “Neftçi”də də çalışıb. O, paytaxt klubunda sabiq baş məşqçi Arif Əsədovun köməkçisi olub.