“Xəzər Lənkəran” 2014-cü ildə öz meydanında ilk qələbəsini qazanıb. Apasport.az cənub təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ötən il dekabrın 20-də “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdikdən sonra “Fırtınalar meydanı”nda 4 qarşılaşmaya çıxan “ağ-yaşıllar” həmin görüşlərdə qalib gələ bilməmişdilər.
Bu il “Neftçi” (2:2) və “İnter”lə (1:1) heç-heçə edən, “Bakı”ya 0:2, “Simurq”a 1:3 hesabı ilə uduzan Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xala sahib çıxıblar.
4 oyunluq qələbə həsrətinə son qoyan “Xəzər Lənkəran” cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan verməyib. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gələ bilməmişdi.
Uğursuz seriyaya Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan “Xəzər Lənkəran” Etame Mbillanın qolu ilə qalib gəlib. Kamerunlu futbolçu bununla, cari mövsümdə Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə “Xəzər Lənkəran”ın heyətində ən yüksək məhsuldarlıqdır. Sonuncu dəfə komandada 9 və daha çox qol vuran oyunçusu buna 2009/10 mövsümündə nail olmuşdu.
Bütün yarışları nəzərə almaqla, Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidir.
|
Mövsüm |
Futbolçu |
Qol |
Oyun |
|
2004/05 |
Oqtay Dərəlioğlu |
17 |
21 |
|
2004/05 |
Samir Əliyev |
20 |
31 |
|
2006/07 |
Zaur Ramazanov |
20 |
24 |
|
2007/08 |
Zaur Ramazanov |
11 |
25 |
|
2008/09 |
İvan Svetkov |
15 |
21 |
|
2009/10 |
Allan Lalin |
9 |
27 |
|
2009/10 |
Mario Souza |
9 |
28 |
|
2013/14 |
Etame Mbilla |
9 |
25 |