Aprelin 27-də Topaz Premyer Liqasında XXXII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalar medallar və avrokubok şanslarına təsir edə bilər.
“Qarabağ” “Neftçi”yə uduzmasa, rəqibi üçün əlçatmaz olacaq və ən azı 2-ci pilləni təmin edəcək. Ağdam təmsilçisi qalib gəlsə, “İnter” isə “Xəzər Lənkəran”a uduzsa, Qurban Qurbanovun yetirmələri çempion adını qazanacaqlar.
“Simurq” gümüş şansını saxlamaq üçün mütləq 3 xal qazanmalı və “İnter”in məğlubiyyətinə ümid etməlidir. Əks halda, zaqatalalılar gümüşdən əlini üzəcək. Lakin Georgi Çixradzenin yetirmələri bürünclə də vidalaşa bilərlər. Bunun üçün “Simurq” “Qəbələ”yə uduzmalı, “Neftçi” xal qazanmalıdır. Zaqatala təmsilçisi 1 xal qazansa isə bakılıların qələbəsi əyalət klubunu medaldan məhrum edəcək.
“Bakı” qalib gəlsə, “Xəzər Lənkəran” xal itirsə, cənublular 4-cü pilləyə nəzəri ümidlərini itirəcək. Bununla, komandanın avrokuboklarda oynamayacağı rəsmiləşəcək.
“Xəzər Lənkəran” qalib gəlsə, AZAL xal itirsə və ya cənublular heç-heçə etsə, bakılılar uduzsa, “təyyarəçilər” 7-ci pillə ümidlərində əl çəkəcək. “Rəvan”la görüşən AZAL 3 xal əldə etməyi bacarsa, sonuncu olmayacağını, bununla da Premyer Liqada yerini təmin edəcək.