“Xəzər Lənkəran”la oyunöncəsi ciddi itki
01.02.2015 - 14:12
“Xəzər Lənkəran”la oyunöncəsi ciddi itki

Topaz Premyer Liqasının XIX turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq "Simurq" hazırlıqlarını tamamlayaraq, istirahətə çəkilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son çalışmada yalnız ayağında ağrılar hiss edən Əli Gökdəmir iştirak etməyib.

 

Yeni transfer Cihan Özkara komandanın heyətində ilk məşqinə çıxıb. Hazırlığa qaçış və isinmə hərəkətləri ilə başlanılıb. Üç qrupa bölünərək "kvadrat" oynanılıb. Daha sonra ikitərəfli oyun keçirilib. Məşqin sonunda cinahlardan asmaların qapanması və qapıya zərbələr yerinə yetirilib.

 

Qeyd edək ki, 2015-ci ilin ilk rəsmi matçına çıxacaq “Simurq” - "Xəzər Lənkəran" oyunu saat 17:00-da başlayacaq və  "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.