Avroliqanın I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) qarşılaşması avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Andrey Novikov qarşılaşmanın 71-ci dəqiqəsində Bakı klubunu sevindirib.
Düzdür, cəmi 7 dəqiqə sonra müdafiəçi “İnter”in də qapısına qol vurub. Novikov bununla da Azərbaycan klubları ilə qarşılaşmalarda öz qapısına qol vuran 4-cü futbolçu olub.
Maraqlıdır ki, əvvəllər həm moldovalılar belə uğursuzluq yaşayıb, həm də “İnter” rəqibi qoluna sevinib. Elə ilk belə hadisə də “bankirlər”in hesabındadır. 2004/05 mövsümündə Avstriyanın “Kazino” klubunun müdafiəçisi Patrik Pirxer 10 il əvvəl “Xəzər Universiteti” adını daşıyan indiki “İnter”lə oyunda qapıları səhv salmışdı.
Bunun kimi növbəti belə hadisə də İntertoto kubokuna təsadüf edib. 2007/08 mövsümündə Moldovanın “Daçiya” klubunun üzvü Maksim Andronik “Bakı”ya sevinc bəxş edib.
2011/12 mövsümündə Avropa Liqasının “Minsk” (Belarus) – AZAL (Azərbaycan) qarşılaşmasında təmsilçimizin hesabına yazılan qol Aleksandr Saçivkonun ayağına yazılmışdı.
“Xəzər Universiteti”ndən “İnter”ədək
04.07.2014 - 13:07
0
0