PSJ-nin hücumçusu Anxel Di Mariya dünya çempionatının final mərhələsində iştirak edib-etməyəcəyini bilmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu buna layiq olmağa çalışdığını deyib.
O, bununla bağlı Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli ilə söhbət etdiyini bildirib. Di Mariya yalnız Lionel Messinin əsas heyətdəki yerinin təmin olunduğunu vurğulayıb: “Açığı, millidə yerimin təmin edildiyini düşünmürəm. Çünki Sampaoli dedi ki, yalnız “cırtdan”ın dünya çempionatına yollanacaq heyətə çağırılacağı dəqiqdi. Qalanları isə ora düşmək üçün mübarizə aparmalı olacaqlar. Əgər kimsə özünü mundialda görürsə, böyük səhvə yol verir”.
O, Messi ilə bir komandada oynamağın futbolçular üçün rahat olduğunu da əlavə edib: “Messi mənə mane olmur. Onunla bir komandada yer almaq yalnız sevindirici haldı”.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb