“Yalnız qələbə üçün mübarizə aparacağıq”
26.08.2015 - 15:26
“Yalnız qələbə üçün mübarizə aparacağıq”

“Bizi “Qəbələ”ylə çətin oyun gözləyir. Lakin komandamızı qələbədən başqa heç bir nəticə qane etmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Panatinaikos” klubunun futbolçusu Zeka deyib.

 

Afina təmsilçisinin kapitanı Avropa Liqasının pley-off mərhələsinin “Qəbələ” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb. Zeka qrup mərhələsinə düşmək üçün vacib olan qələbə qazanmaq iddiasında olduqlarını gizləytməyib: “Bu üzdən də doğma azarkeşlərimiz önünə qalib gəlmək üçün çıxacağıq. Onları qələbə ilə sevindirmək istəyirik. Yalnız qələbə üçün də mübarizə aparacağıq”.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” oyunu sabah Afinada keçiriləcək.