“Yuri Syomin məni “Qəbələ”də görmək istəmir”
02.05.2014 - 10:06
“Yuri Syomin məni “Qəbələ”də görmək istəmir”

“Hazırda Serbiyadayam. Əməliyyat olunduğumdan zədəmi sağalmaqla məşğulam. Tezliklə hazır formada olmaq istəyirəm, amma bu, çətin görünür”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin müdafiəçisi Nikola Valentiç deyib.

Serbiyalı legioner bildirib ki, “qırmızı-qaralar”ın düşərgəsinə qayıdışı üçün xeyli vaxt lazımdır: “Zədəmin sağalması üçün ən azı 4 ay vaxt lazımdır. “Qəbələ”də qalsam belə, təlim-məşq toplanışına qoşula bilməyəcəm. Müqaviləm mayın sonunda başa çatır. Mətbuatdan xəbər tutmuşam ki, baş məşqçi Yuri Syomin məni komandada görmək istəmir. Əgər istəmirsə, komandada qalmayacam. Düzdü, hələlik qərar verilməyib. Mövsüm başa çatsın, görək nə olacaq”.