“Yuventus” “Barselona”nın hücumçusunu alır
06.06.2014 - 23:28
İtaliyanın “Yuventus” klubu yaya transfer dönəmində “Barselona”nın hücumçusu Aleksis Sançeslə güclənməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, kataloniyalıların hücumçusu turinlilərlə şəxsi müqavilə ilə bağlı razılığa gəlib.
Tərəflərin ümumi məbləği 20 milyon avro olan 5 illik müqavilə imzalayacaqları gözlənilir. Amma transferin baş tutması üçün “qoca sinyora” bütün hallarda Aleksis Sançesin klubu ilə razılığa gəlməlidir.
0
0