“Yuventus” baş məşqçisiz qaldı
15.07.2014 - 23:58
“Yuventus” baş məşqçisiz qaldı

 

“Yuventus”un baş məşqçisi Antonio Konte istefaya gedib. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis komandanı 3 dəfə çempion edib. O, bu ilin mayında klubla müqaviləsini uzatmışdı.

 

Kontenin istefası “Yuventus”un rəsmi saytında təsdiq edilib. Bildirildiyinə görə, baş məşqçi klub rəhbərliyi ilə görüşəndən sonra onun müqaviləsi qarşılıqlı razılaşma yolu ilə pozulub. Xəbərdə qeyd edilir ki, 44 yaşlı mütəxəssislə rəhbərlik arasında transfer məsələlərində fikir ayrılığı yaranıb. İtaliya mətbuatı “Yuventus”un baş məşqçisi postuna Roberto Mançininin və ya Massimiliano Alleqrinin namizəd olduqlarını yazır.

 

Qeyd edək ki, Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən sayılır. Xatırladaq ki, millinin baş məşqçisi Çezare Prandelli dünya çempionatındakı uğursuzluqdan sonra yağmadan istefa verərək, “Qalatasaray”la müqavilə bağlayıb.