“Yuventus” daha bir futbolçusu ilə yollarını ayırdı
21.08.2015 - 10:51
“Yuventus” daha bir futbolçusu ilə yollarını ayırdı

“Yuventus” Karlos Tevezdən sonra daha bir hücumçusu ilə yollarını ayırıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Fernando Llorente vətəni İspaniyaya qayıdıb.

 

30 yaşlı forvard cari mövsümdə “Sevilya”nın formasını geyinəcək. Çünki Əndəlüsiya klubu onu icarəyə götürüb. “Qoca sinyora” hücumçunu “Sevilya”ya satıb ya “Real”lı İskonu, ya da İlyarramendini almağı düşünürdü. Lakin “kral klubu” hər iki oyunçusunu satmaqdan imtina edib. “Yuve” yeni hücumameyilli oyunçu transfer edə bilsə, Llorenteni “Sevilya”ya satacaq.

 

Qeyd edək ki, Fernando Llorente “Yuventus”a 2013-cü ildə “Atletik”dən keçmişdi.