“Yuventus” Droqbanı istəyir
29.03.2014 - 00:52
“Yuventus” Droqbanı istəyir

 

Mövsümün sonunda “Qalatasaray”la müqaviləsi başa çatan Didye Droqbanın İtaliyaya gedəcəyi iddia olunur. Apasport.az saytının məlumatına görə, onun “Yuventus”un formasını geyəcəyi gözlənilir.

 

İngiltərə mətbuatının yazdığına görə, Droqbanın nə futbolçu, nə də məşqçi kimi “Çelsi”yə dönməsi müzakirə mövzusu deyil. İtaliya “Yuventus”u isə futbolçunun xidmətində maraqlıdır və 36 yaşlı Droqba ilə danışıqlara hazırlaşır. İddiaya görə, İtaliya klubunun nümayəndələri Didye Droqbaya müntəzəm olaraq meydana çıxmaq şansı veriləcəyini bildirərək, onu bu yolla razı salmağa çalışacaqlar.