“Yuventus” müdafiəçisi ilə rəsmən yollarını ayırdı
03.02.2015 - 22:24
“Yuventus” müdafiəçisi ilə rəsmən yollarını ayırdı

“Yuventus” müdafiəçisi Marko Motta ilə rəsmən yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 28 yaşlı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqavilənin müddətini ləğv edib.

 

Hazırda azad agent olan Mottanın hansı kluba keçəcəyi dəqiq deyil. Lakin onun legioner həyatı yaşamaq fikri yoxdu.

 

Qeyd edək ki, 2010-cu ildə “Roma”dan “Yuventus”a transfer olunan Marko Motta “Qoca Sinyora”nın heyətində yalnız 1 oyunda forma geyinməyi bacarıb. Daha sonra komandada özünü göstərə bilməyən İtaliya millisinin  sabiq müdafiəçi icarə əsasında “Katanya”, “Bolonya” və “Ceona”da çıxış edib. O, 2010-cu ildə yığmaya çağrılıb və 1 görüşdə meydana çıxıb.