İtaliyanın “Yuventus” klubu çilili hücumçu Arturo Vidala ultimatum irəli sürüb. Apasport.az saytının məlumatına görə, futbolçu yaxın günlərdə gələcəyi ilə bağlı qərar verməlidir.
“Yuventus” rəhbərliyi Vidaldan 15 gün ərzində gələcəyi ilə bağlı bir qərara gəlməyi və kluba bu qərarla bağlı xəbər verməyi tələb edib. Turinlilər Vidalı güclə saxlamaq niyyətində deyillər. Amma ondan mümkün gedişi ilə bağlı vaxtında xəbər verməyi xahiş edirlər.
Qeyd edək ki, bundan əvvəl “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Vidalın daha bir mövsümü komandada keçirəcəyini bildirirdi. Amma dünən “Mançester Yunayted”in futbolçuya ildə 12 milyon avro məvacib təklif etdiyi və Vidalın da bu təkliflə razılaşdığı barədə məlumat yayılıb.