“Yuventus” yarımfinala yüksəldi
29.01.2015 - 01:52
İtaliya kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Yuventus” səfədə “Parma” ilə üz-üzə gəlib.
Görüşün taleyini 1 qol həll edib. Matçın 89-cu dəqiqəsində Alvaro Moratanın vurduğu yeganə qol Turuin klubunu yarımfinala yüksəlib.
Qeyd edək ki, ötən gecə “Latsio” da eyni hesabla “Milan”a qalib gələrək, adını yarımfinala yazdırıb.
İtaliya kuboku
1/4 final
27 yanvar
“Parma” – “Yuventus” 0:1
Qol: Morata, 89
0
0