Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ötən həftə ilk matçlarını keçirən komandalar cavab oyunlarına çıxıblar.
Ən maraqlı görüş İspaniyada “Betis” və “”Sevilya” arasında olub. Səfərdə “Sevilya”ya 2:0 hesabı ilə qalib gələn “Betis” öz meydanında eyni hesabla uduzub. Penaltilər seriyasında “Sevilya” futbolçuları daha şanslı olublar.
“Zalsburq” və “Bazel” arasında görüş də dramatikliyi ilə seçilib. İlk oyunda qolsuz bərabərlik qeydə alınıb. İkinci oyunda isə “Bazel” səfərdə 2:1 hesabı ilə qələbə qazanıb. Komandalar matçı azlıqda başa vurublar.
“Valensiya”, “Lion” və “Benfika” ilk oyunda üstünlük qazanıblar və ikinci oyunda da çətinlik çəkmədən mərhələ adlayıblar.
İtaliyada “Yuventus” səfərdə “Fiorentina”dan üstün olub. “Portu” isə “Napoli” ilə 2:2 hesablı heç-heçəyə nail olaraq, birinci görüşdə qələbə qazanması sayəsində növbəti mərhələyə keçib.
Nəhayət, Rusiya “Anji”si Hollandiya “Alkmaar”ı ilə matçda şansından yararlana bilməyib. Dağıstanlılar birinci oyunda yaxşı oyun nümayiş etdirsələr də, doğma divarlar arasında çox sönük görünüblər. Nəticədə, ev oyununda vurduğu yeganə qol növbəti mərhələyə keçmək üçün “Alkmaar”a kifayət edib.
Beləliklə, "Bazel" (İsveçrə), "Porto" (Portuqaliya), “Sevilya” (İspaniya), "Alkmaar” (Hollandiya), “Valensiya” (İspaniya), "Benfika" (Portuqaliya), “Lion” (Fransa), "Yuventus" (İtaliya) iki oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə yüksəlib.
Avropa Liqası, 1/8 final, cavab oyunlar
20 mart
“Zalsburq” (Avstriya) - "Bazel" (İsveçrə) - 1:2
QOLLAR: Soriano, 22 - Streller, 50; Sauro, 60
Qırmızı vərəqə: Alan, 86 - Suxi, 9
İlk oyun – 0:0
"Napoli" (İtaliya) - "Porto" (Portuqaliya) - 2:2
QOLLAR: Qoran Pandev, 20; Zapata, 90 - Ghilas, 69; Quareşma, 76
İlk oyun – 0:1
“Betis” (İspaniya) - “Sevilya” (İspaniya) - 0:2
QOLLAR: Reyes, 20; Bacca, 75
İlk oyun – 2:0
Penaltilər: 3-4
“Anji” (Rusiya) - "Alkmaar” (Hollandiya) - 0:0
İlk oyun – 0:1
“Valensiya” (İspaniya) - “Ludoqorets” (Bolqarıstan) - 1:0
QOL: Alkasar, 59
İlk oyun – 3:0
"Benfika" (Portuqaliya) - “Tottenhem” (İngiltərə) - 2:2
QOLLAR: Qaray, 34; Lima, 90 (pen) - Şadli, 78; 79
İlk oyun – 3:1
“Viktoriya” (Çexiya) - “Lion” (Fransa) - 2:1
QOLLAR: Kolar, 60; Teç, 62 - Qomis, 45
İlk oyun – 1:4
“Fiorentina” (İtaliya) - "Yuventus" (İtaliya) - 0:1
QOL: Andrea Pirlo, 71
İlk oyun – 1:1