“Yuventus”un hücumçusu “Barselona”nın maraq dairəsində
29.03.2015 - 19:30
“Yuventus”un hücumçusu Fernando Lorente yenidən vətəni İspaniyaya qayıda bilər. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu karyerasını “Barselona”da davam etdirməyə çox yaxındı.
Lorente ilə maraqlanan Kataloniya klubu turinlilərə 12 milyon avro təklif etməyi düşünür. 2017-ci ilə qədər “Yuventus”la müqaviləsi olan təcrübəli forvardın keçidi baş tutarasa, o, növbəti ilə “Barsa”da forma geyinəcək.
Qeyd edək ki, 2013-cü ildə “Atletik”dən “Yuventus”a keçən Fernando Lorente “Qoca Sinyora”nın heyətində cari mövsümdə 23 oyunda meydana çıxıb və 5 qola imza atıb.
0
0