“Yuventus”un hücumçusu “Milan”la oyunu buraxacaq
07.02.2015 - 01:14
“Yuventus”un hücumçusu “Milan”la oyunu buraxacaq

“Yuventus”un hücumçusu Karlos Teves İtaliya A seriyasının XXII turu çərçivəsində “Milan”la oyunu buraxa bilər. Apasport.az saytının məlumatına görə, adı matçın iştirak ərizəsinə daxil edilən Argentina millisinin forvardı qrip virusuna yoluxub.

 

Temperaturu yüksək olan Tevesin meydana çıxması risk altındadı. O, matçöncəsi testdən keçəcək. Əgər Karlosun temperaturu aşağı düşməsə, Cənubi Amerikadan olan futbolçu “Milan”a qarşı forma geyinməyəcək.

 

Qeyd edək ki, “Yuventus” – “Milan” qarşılaşması bu gün baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.