“Biz həmişə qalib gəlmək istəyirik. Hədəfimiz finala çıxmaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Yuventus”un yarımmüdafiəçisi Klaudio Markizio deyib.
İtaliya millisinin futbolçusu Çempionlar Liqasında komandasının hədəflərindən danışıb: “Borussiya” ilə bizi çətin oyun gözləyir. Almanlar bizim həqiqi səviyyəmizdən danışacaq. Qrupdan güclə çıxdıq, amma sübut etməliyik ki, istədiyimizə nail ola bilək. Növbəti mərhələyə keçmək bizin ilkin hədəfimizdi. Bu, məni və bütün komandanı maraqlandırır”.
Qeyd edək ki, “Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. İlk matç Turində fevralın 24-də baş tutacaq. Cavab oyunu isə martın 18-də Dortmundda keçiriləcək.