“Zalsburq” - “Qarabağ” oyununa 500 bilet
06.08.2014 - 08:02
“Zalsburq” - “Qarabağ” oyununa 500 bilet

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" oyununu izləmək istəyən azarkeşlər üçün AFFA tərəfindən 500 ədəd bilet alınıb. Apasport.az saytının məlumatına görə, bu addım da təmsilçimizə azarkeş dəstəyini təmin etmək üçün atılıb.

 

Biletləri əldə etmək istəyən azarkeşlər Azərbaycanın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər. Bu gün baş tutacaq matç Zalsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

 

Mənbə: affa.az