“Bakıdakı qarşılaşmanın ikinci yarısında nəyə qadir olduğumuzu göstərdik. Bu dəfə isə mütləq qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun futbolçusu Kristof Leytqeb deyib.
Komandasının heyətində avrokuboklarda ən çox oyun keçirən yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu haqda fikirlərini açıqlayıb: “Bakıdakı oyunla müqayisədə işimiz daha asan olacaq. Çünki doğma meydanda oynayacağıq. Daha böyük təcrübəyə malik olmağı isə üstünlük hesab etmirəm. Axı hər matçda nəyi bacardığını sübut etməlisən. İndiki oyun üslubumuza əsasən mərhələ keçmək üçün yaxşı şansımız var. Neçə illərdi ki, Çempionlar Liqasının təsnifat mərhələsində büdrəyirik. Tilsimi qırmaq zamanı çatıb”