“Zenit”in baş məşqçisi Andre Villaş-Boaş 1 matçlıq cəzalandırlıb. Apasport.az saytının məlumatına görə, buna Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyun çərçivəsində səfərdə Hollandiya PSV-si ilə qarşılaşmada görüşün baş hakimi Paolo Talyavento ilə mübahisədən sonra meydandan uzaqlaşdırılması səbəb olub.
Portuqaliyalı mütəxəssis yalnız bu gün Sankt-Peterburqdakı oyunu buraxacaq. Rusiya klubunun azarkeşlərinin davranışıana görə isə UEFA “Zenit”ə 6 min avro dəyərində cərimə kəsib.
Qeyd edək ki, ilk oyunda “Zenit” 0:1 hesabı ilə qalib gəlib. Cavab matçı isə bu gün keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.