“Zirə” Premyer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirir. Apasport.az saytının məlumatına görə, Ərzurum toplanışının 4-cü günündə “debütant” bir məşqlə kifayətlənib.
Səhər baş tutan məşqdə ümumi texniki-taktiki hazırlıq üzərində işlənib.
Komandanın yoxlama görüşlərinin ikisinin vaxtı və oyunlardakı rəqiblərin adı məlum olub. Belə ki, “Zirə” iyulun 21-də Gürcüstanın “Şukura”, 25-də isə “Samtredia” klubu ilə qarşılaşacaq.
Hər iki klub ölkəsində güclülər dəstəsində mübarizə aparır və “Şukura” son mövsümü 7-ci yerdə başa vurduğu halda, “Samtredia” 6-cı olub.
Oyunlar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Zirə”nin növbəti yoxlama oyununun iyulun 29-da keçirilməsi planlaşdırılır. Rəqibin hansı komanda olacağı isə hələ dəqiq deyil. (klub saytı)
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ