“Zirə” məğlub oldu
25.07.2015 - 23:55
“Zirə” məğlub oldu

Türkiyədə təlim-məşq toplanışnı davam etdirən “Zirə” növbəti hazırlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, debütant yenə gürcü klubu ilə qarşılaşıb.

 

Adil Şükürov komandasını Gürcüstanın güclülər dəstəsində çıxış edən “Kolxeti” klubu ilə oyunda sınayıb. Bu matçda “Zirə” 0:1 hesabı ilə uduzub.


Qeyd edək ki, “Zirə” ilk yoxlama görüşündə Gürcüstanın “Şukura” klubu ilə 0:0 bərabərə qalıb.