Platini Blatteri dəstəkləməkdən imtina etdi
12.06.2014 - 19:30
 Platini Blatteri dəstəkləməkdən imtina etdi

 

UEFA prezidenti Mişel Platini qarşıdan gələn FİFA prezidenti seçkilərində Yozef Blatteri dəstəkləməyəcək. Apasport.az saytının məlumatına görə, Platini Blatterin uzun müddət onun etibarından istifadə etdiyini bildirib.

 

UEFA prezidenti artıq buna yol verməyəcəyini açıqlayıb: “Mən 1998-ci ildə onun tərəfdarı olmuşam. Amma 2014-cü ildə olmayacağam. FİFA-ya yeni nəfəs gəlməlidir. O, hələ 2011-ci ildə dəstək üçün UEFA-ya müraciət edəndə, bunun onun sonuncu prezidentlik müddəti olacağını bildirirdi”.

 

Platini FİFA prezidenti postu uğrunda mübarizə apara biləcəyini də istisna etməyib: “Bu post uğrunda mübarizə apara bilərəmmi? Bu, mümkün variantdır. Mən həmişə istədiyimi, xoşuma gələni etmişəm. Qərarım barədə Çempionlar Liqasının avqustun 28-də Monakoda keçiriləcək püşkatması zamanı bildirəcəyəm”.