"Atletiko" “Napoli”nin ulduz futbolçusunu istəyir
07.02.2015 - 10:47
"Atletiko" “Napoli”nin ulduz futbolçusunu istəyir

“Napoli” aparıcı futbolçusu Xose Kalyexonla yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi mövsümün sonunda klubunu dəyişmək qərarına gəlib.

 

28 yaşlı futbolçu karyerasını vətənində davam etdirmək niyyətindədi. İspaniya klubları arasında isə onun xidmətində ən çox maraqlı olan komanda “Atletiko”du. “Napoli” yalnız 25-30 milyon avroluq təklif müqabilində oyunçunu sata biləcəyini bəyan edib.

 

Qeyd edək ki, “Napoli” hazırda A seriyasında 3-cü pillədə qərarlaşıb. Kalyexon isə bu mövsüm liqada 9 qola imza atıb.